Yayılan məlumata görə, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil naziri Misir Mərdanov vəzifəsindən azad olunub. Bu barədə ilk məlumat sosial şəbəkələrdə yayılıb.
Lent.az-ın məlumatına görə, xəbəri Təhsil Nazirliyindən də təsdiqləyiblər.
Məlumata görə, həmin vəzifəyə "İçərişəhər" Dövlət Memarlıq Qoruğunun rəisi Mikayıl Cabbarov təyin olunub.