Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət göstərən monitorinq qrupu Milli Şuranın oktyabrın 12-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə hər hansı məhdudiyyət faktı qeydə almayıb. Şuradan Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də bununla bağlı hər hansı məlumat daxil olmayıb.
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.