Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun sədri Mehriban Əliyeva Fransa Milli Asambleyasının sədri Klod Bartolone ilə görüşüb.
APA-nın xəbərinə görə, K. Bartolone M. Əliyeva ilə görüşdən məmnunluğunu ifadə edib, səfərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi üşün əhəmiyyətini qeyd edib. K. Bartolone Bakıda Fransız liseyinin tikilməsində M. Əliyevanın təşəbbüsünü də xüsusi vurğulayıb.
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyeva iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyini bildirib. Birinci xanım Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı da ətraflı məlumat verib.
M. Əliyeva Fransada keçirilən mədəniyyət tədbirlərindən, Heydər Əliyev Fondunun bu layihələrini davam etdirdiyini də deyib.
Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni ilə görüşüb.