Mehriban Əliyeva: “O adamların böyük əksəriyyətini bağışladı”
07 may 2013 14:19 (UTC +04:00)

Mehriban Əliyeva: “O adamların böyük əksəriyyətini bağışladı”

Bu gün Milli Məclisdə Azərbaycanın birinci xanımı və milılət vəkili Mehriban Əliyeva da çıxış edib.

 

Lent.az-ın məlumatına görə, M. Əliyeva təşəbbüskarı olduğu Amnistiya Aktı layihəsini təqdim edərkən, Heydər Əliyev gördüyü böyük işlərin daim yaşayacağını deyib: “Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və böyük iradəyə malik insan idi. Eyni zamanda onun ailə üzvləri olaraq demək istərdim ki, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə də çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək bu adamların böyük əksəriyyətini bağışladı. Bu, bağışlamaq qabiliyyəti idi və bir daha böyüklüyünü təsdiqlədi”.

 

Mehriban Əliyeva bildirdi ki, bu gün müzakirə olunan amnistiya aktı əslində bağışlama aktıdır: “Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır. İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2675
avatar

Oxşar yazılar