Məhərrəm Əliyev: “Əsgərin anası özünə xəsarət yetirdi” - AÇIQLAMA
07 may 2013 01:43 (UTC +04:00)

Məhərrəm Əliyev: “Əsgərin anası özünə xəsarət yetirdi” - AÇIQLAMA

“Bir neçə gündür mətbuatda hərbi xidmətdə olarkən intihar etmiş əsgər İsmayıl İbayevin valideynləri ilə Prezident Administrasiyasında görüş zamanı yaranan gərginlik, guya onların təhqir olunması ilə bağlı məlumatlar dərc olunur. Və həmin materiallarda mənim adım hallanır. Əsgərin valideynləri guya mənim göstərişimlə Administrasiya mühafizəçiləri tərəfindən təhqir edilib. Mən adımın həmin xəbərlərdə bu şəkildə hallandırılmasına reaksiya verməyə bilmərəm” . Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev bildirib.

 

M. Əliyevin deyib ki, əsgər İbayev İsmayıl xidmət etdiyi Naxçıvan Muxtar Respublikasında 2012-ci ilin iyulun 31-də vəfat edib. Baş verən hadisədən sonra onun komandirləri Rövşən Ataşovla Röyal Əliyev ittiham olunaraq barələrində həbs qərarı seçilib: “Bu hadisədən düz dörd ay sonra, yəni ötən ilin 30 noyabrında cənab prezidentin sərəncamı ilə mən məlum vəzifəyə təyin olunmuşam. Göründüyü kimi, artıq mən təyin olunanda həmin hadisə ilə bağlı istintaq da başa çatmışdı. Lakin vəzifəmin icrasına başlayandan bu günə kimi həmin əsgərin valideyinlərini düz üç dəfə qəbul etmişəm. Hər dəfə də bir neçə generalın işitrakı ilə onları dinləmişik. Baş verən hadisə, istintaqın gedişi, aparılan araşdırmalar haqqında onlara məlumat verilib. İkinci görüşdə valideynləri bizdən tələb ediblər ki, işin istintaqı alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilsin. Biz də onlara izah etmişik ki, qaldırdıqları məsələ digər qurumların səlahiyyətinddədir və işin alınıb MTN-ə verilməsi üçün məktubla müraciət etmələrini tövsiyyə etmişik. Məktub da yazılıb. Onlarla sonuncu görüş zamanı mərhum əsgərin anası digər valideynin qarşısında özünü əsəbi aparmağa başladı, qeyri-normal hərəkətlər etdi, özünə xəsarətlər yetirdi. Onun səs-küyünə mühafizəçilər və polis əməkdaşları gəlib ananı sakitləşdirməyə və ərazidən uzaqlaşdırmağa başladılar. Yəni mən hər hansı görüşdə, özü də əsgər anasına qarşı təhqiramiz hərəkətlər edəcək səviyyədə adam deyiləm” .

 

M. Əliyev deyib ki, son vaxtlar adının həm bu, həm də digər xəbərlərdə hallandırılması təsadüfi deyil: “Bu yazını yazanlara bir qədər obyektiv və peşəkar olmağı tövsiyyə edirəm. Qaldı ki, bu yazıları yazdıranlara, mən sadəcə demək istəyirəm ki, ayıbdır. Bu cür aşağı səviyyəli, heç bir fakta söykənməyən, əxlaqa sığmayan yazılarla mənə nəinki indi, uzun illərdir ki, heç bir ləkə vura bilməyiblər. Çoxbilmiş quşlar dimdiyindən ilişərlər. Necə ki, ilişiblər... Bu cəmiyyətdə kimin kim olduğunu və nə işlər gördüyünü hər kəs bilir. Bilməyənlərə də hələlik nəyisə sübut etməyə ehtiyac yoxdur” .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4663
avatar

Oxşar yazılar