MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev 17 saylı Yasamal seçki dairəsinin 4, 5, 23, 24 və 25 saylı seçki məntəqələrində olaraq səsvermə prosesinin gedişi ilə tanış olub.
APA-nın xəbərinə görə, S.Lebedev bildirib ki, saat 11:00-a qədər bu məntəqələrdə seçicilərin 10%-i səs verib ki, bu da pis nəticə sayıla bilməz.
O, seçicilərin fəallığını və seçki məntəqələrinin texniki təchizatını yüksək qiymətləndirib. Səsvermənin sakit şəraitdə keçirildiyini deyən S.Lebedev qeyd edib ki, MDB müşahidə missiyası günün sonunda birgə bəyanat yayacaq, sabah isə prezident seçkilərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirəcək.