Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası işə başlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edir.
Belarus prezidenti Aleksandr Lukaşenko iclasda iştirak edən dövlət başçılarını “Müstəqillik sarayı”nda qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.