Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “III Bakı Beynəlxalq Humanitar Forumu” çərçivəsində Rusiya Federasiyasının bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Leyla Əliyeva artıq üçüncü dəfə Bakıda Beynəlxalq Humanitar Forumun keçirildiyini qeyd edib, paytaxtımızın bu tədbirin təşkili üçün ən uyğun məkan olduğunu bildirib.
"Azərbaycanda tolerantlıq həyat tərzidir", - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti ölkəmizdə mühüm beynəlxalq tədbirlərin artıq ənənə halı aldığını qeyd edib. Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin böyük tarixə malik olduğunu bildirən Leyla Əliyeva Heydər Əliyev Fondunun xaricdə ilk nümayəndəliyinin məhz Rusiyada açıldığını vurğulayıb.
Görüşdə iki ölkə arasında mövcud əlaqələrin inkişafına Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, "Baku" jurnalının, Azərbaycanda isə rus dili və ədəbiyyatına xüsusi diqqət və qayğı göstərilməsinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının töhfə verdiyi də qeyd edilib.
Bakının çox gözəl, təmiz, memarlıq cəhətdən maraqlı şəhər olduğunu bildirən Rusiya KİV-lərinin rəhbərləri və nümayəndələri azərbaycanlıların qonaqpərvərliyini xüsusi qeyd ediblər. Şəhər haqqında təəssüratlarını bölüşən qonaqlar regionlara səfər edəcəklərini bildiriblər.
Görüşdə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA kampaniyasının fəaliyyəti də yüksək qiymətləndirilib.
Rusiyanın media təmsilçiləri Azərbaycanda azad və peşəkar kütləvi informasiya vasitələrinin olduğunu vurğulayıblar.
Leyla Əliyeva: “Azərbaycanda tolerantlıq həyat tərzidir”
963