Latviyanın prezidenti Andris Berzinş aprelin 23-də Azərbaycana rəsmi səfərə gəib.APA-nın verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Latviya dövlətinin başçısını hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.