KXCP-nin prezidentliyə namizədliyinin ləğvinə sentyabrın 2-də baxılacaq
31 avqust 2013 22:49 (UTC +04:00)

KXCP-nin prezidentliyə namizədliyinin ləğvinə sentyabrın 2-də baxılacaq

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi haqqında qərara sentyabrın 2-də partiyanın İdarə Heyətinin toplantısında baxılacaq.

 

Bu barədə APA-ya KXCP Ali Məclisinin sədri Bəybala Əbil məlumat verib.

 

B. Əbil qeyd edib ki, partiyanın Ali Məclisi tərəfindən M. Mirəlioğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qəbul olunan qərar qüvvədə qalır: “Bununla yanaşı, Mirmahmud Mirəlioğlu Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan edib. Ali Məclisin qərarı isə sentyabrın 2-də partiyanın İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək”.

 

Xatırladaq ki, KXCP Ali Məclisinin 2013-cü il 26 yanvar tarixli qərarı ilə Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623
avatar

Oxşar yazılar