ABŞ Konqresinin üzvü Lyuk Messer və Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü Debbi Rodella prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Lent.az-ın məlumatına görə, məktublarda dövlət başçısı yenidən prezident seçilməyi münasibəti ilə təbrik edilib: “Seçkilərdəki qələbəniz hər bir azərbaycanlının şəxsi, siyasi və iqtisadi azadlıqlarının genişləndirilməsi istiqamətində uğurlu fəaliyyətinizin təsdiqidir.
1997-ci ildə təməli qoyulan Azərbaycan-ABŞ diplomatik əlaqələri mədəni, iqtisadi və strateji sahələrdə inkişaf edərək hər iki ölkənin xalqları üçün geniş imkanlar yaradıb. Sizin yenidən prezident seçilməyiniz ABŞ ilə Azərbaycan arasında insan hüquqları, demokratik institutların inkişafı, iqtisadi tərəqqi, terrorizmə qarşı mübarizə və regional təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı genişləndirəcək”.