Konqresmen Den Berton Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb
26 sentyabr 2013 13:15 (UTC +04:00)

Konqresmen Den Berton Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

“Azərbaycan özünü ABŞ-ın ən etibarlı dostlarından biri kimi aparıb”.

Dünyanın ən nüfuzlu qəzetlərindən sayılan “The Washington Times”-da ABŞ-ın İndiana ştatından olan sabiq konqresmen Den Bertonun məqaləsi dərc olunub. 

Lent.az xəbər verir ki, məqalədə ABŞ-ın xarici siyasətinin reallıqlarından söz açan müəllif ABŞ Administrasiyasını Azərbaycan ilə əməkdaşlığı gücləndirməyə çağırır. Konqresmen hesab edir ki, Azərbaycan ABŞ-ın Rusiya ilə İran sərhədində yerləşən yeganə sadiq müttəfiqidir.

“Antiterror və kütləvi qırğın silahının yayılmamasına dair əməkdaşlıq sahəsində birgə fəaliyyətdən Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi əməliyyatlarınadək Azərbaycan özünü ABŞ-ın ən etibarlı dostlarından biri kimi aparıb” – deyə, D.Berton yazır.

Sabiq konqresmen onu da bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ATƏT-in vasitəçilik missiyasına ABŞ-ın yüksək vəzifəli nümayəndəsinin təyin edilməsi Birləşmiş Ştatların regionda sabitliyin tərəfdarı olmasının bariz nümunəsidir.

Qeyd edək ki, D.Berton on illər boyu ABŞ Konqresində, o cümlədən 30 il Nümayəndələr Palatasının xarici işlər komitəsində işləyib.

Hal-hazırda Den Burton ABŞ-da qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı idarə heyətinin sədridir.

Xatırladaq ki, Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir.

Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.

Məqalənin tam mətni ilə tanış olmaq üçün: http://www.washingtontimes.com/news/2013/sep/23/burton-making-mischief-in-the-middle-east/

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Oxşar yazılar