Kim Kampbel və Cennifer Şipley ölkəmizə gələcək
12 aprel 2013 12:25 (UTC +04:00)

Kim Kampbel və Cennifer Şipley ölkəmizə gələcək

0

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə ölkəmizdə Cənubi Qafqaz Forumu keçiriləcək. Lent.az-ın məlumatına görə, Forumda iştirak etmək üçün öz ölkələrində ilk və yeganə qadın ölkə rəhbərləri olan Kanadanın sabiq baş naziri Kim Kampbel və Yeni Zelandiyanın sabiq baş naziri Cennifer Şipley Azərbaycanda səfərdə olacaqlar.

K. Kampbel BMT-nin dünya qadın məsələlərinə məsul şəxsini əvəzləmək üçün olan əsas namizədlərdəndir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 40-dan çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq. Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar