Qətər əmiri Azərbaycanın fövqəladə hallar nazirini qəbul edib
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Əmirliyində səfərdədir.
APA-nın “Qətər" Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Qətər əmiri Şeyx Tamim bin Hamad əl Tani Əl-Bəhr sarayında Azərbaycanın fövqəladə hallar nazirini qəbul edib.
Görüşdə ikitərəfli münasibətlər və onların genişləndirilməsi yolları müzakirə edilib. İclasda, həmçinin Qətərin baş naziri və daxili işlər naziri Şeyx Abdulla bin Nasir bi Xəlifə Əl-Tani də iştirak edib.