Pərviz Həşimli saxlanıldı və barəsində cinayət işi başlanıldı - YENİLƏNİB
17 sentyabr 2013 22:02 (UTC +04:00)

Pərviz Həşimli saxlanıldı və barəsində cinayət işi başlanıldı - YENİLƏNİB

“Facebook” sosial şəbəkəsində jurnalist Pərviz Həşimlinin evində və iş yerində axtarış aparılması barədə məlumat yayılıb. Məlumata görə, Pərviz Həşimli ilə bağlı axtarışı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları aparır.

 

Qeyd edək ki, P. Həşimli “moderator.az” saytının baş redaktoru, “Bizim yol” qəzetinin isə parlament müxbiri vəzifəsində çalışır.

 

Musavat.com-un məlumatına görə, “Bizim Yol” qəzetinin redaksiyasında da axtarış aparılır. Qəzetin müxbiri Natiq Cavadlı da məlumatı "Azadlıq" qəzetinə təsdiqləyib.

 

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli isə “facebook”dakı səhifəsində Pərviz Həşimlinin Biləcəridəki evində də axtarış aparıldığını qeyd edib.

 

Axtarışın səbəbləri barədə hər hansı məlumat yoxdur. 

 

Jurnalist Azər Rəşidoğlu isə "facebook"dakı səhifəsndə "Bizim yol" qəzetində axtarışın başa çatdığını,  P. Həşimlinin isə saxlanıldığını yazıb. Məlumata görə, P. Həşimli barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2048
avatar

Oxşar yazılar