Jan Klod səfərinin məqsədini açıqlayıb
25 may 2013 23:33 (UTC +04:00)

Jan Klod səfərinin məqsədini açıqlayıb

“Səfərim çərçivəsində Avropa Şurası və Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparacağıq”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycana rəsmi səfərə gələn Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyon Heydər Əliyev Beynəlxalq Hava limanında jurnalistlərə açıqlamasında bildirib.   

 

“Əsas məqsəd ondan ibarətdir ki, gələcək haqqında düşünək, gələcək üçün planlar quraq. Çünki  Azərbaycan bir neçə aydan sonra Avropa Şurası nazirlər Kabinetinə sədrlik edəcək. Bu həm Azərbaycan, həm də Avropa Şurası üçün tarixi bir məqam olacaq. Mənim də əsas məqsədim Azərbaycanın bu sədrlik missiyasını məsuliyyətlə həyata keçirməsinə kömək etməkdən ibarətdir” - deyə, Jan Klod Minyon bildirib.

 

Avropa Şurası Parlament Assambleyasının prezidenti əlavə edib ki, ümumiyyətlə, səfərin əsas mahiyyəti Avropa Şurası və Azərbaycan arasında çoxlu fikir mübadiləsi aparmaqdır. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458
avatar

Oxşar yazılar