İTV-nin sədr müavini də getdi və sərt danışdı
03 dekabr 2013 11:29 (UTC +04:00)

İTV-nin sədr müavini də getdi və sərt danışdı

İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) “köhnə komandadan” qalan bütün işçilər kütləvi şəkildə vəzifəsindən azad olunur. Bunu müqavilənin vaxtının bitməsi ilə izah edən İTV rəhbərliyi yeni komanda formalaşdırır.

 

Gedənlərin arasında İTV-nin baş direktorunun müavini Çingiz Aslanov da var. Bununla bağlı aznews.az-a açıqlama verən Ç. Aslanov deyib ki, işdən azad olunması müqavilə vaxtının bitməsi ilə əlaqələndirdir:  “Düşünürəm ki, müqavilə vaxtım bitib. Ona görə işdən çıxarmaq istəyirlər. Əslində mən çoxdan getmək istəyirdim. İsmayıl Ömərov gedəndən az sonra ərizəmi yazıb azad olunmaq istəyimi bildirmişdim. Lakin İsmayıl Ömərov və bəzi hörmətli şəxslər məndən xahiş etdilər ki, qalıb yeni rəhbərliyə kömək edim. Artıq müstəqil işləyirlər, hamını tanıyırlar. Mən gedə bilərəm”.

 

Ç.Aslanov getməkdə israrlı olmasına da aydınlıq gətirib: “Problem başqadır. Bilirsiniz, peşəkarlarla işləmək başqa şeydir”.

 

O deyib ki, indiki rəhbərliyin iş metodu ilə razılaşmır: “Onların iş metodu İTV prinsiplərinə uyğun deyil”.

 

Ç.Aslanov bir neçə həftə istirahət edəcəyini və yeni iş barədə sonra düşünəcəyini deyib: “İşdən bu gün azad olunmuşam. Hələlik təklif yoxdur. Bir neçə həftə istirahət etmək istəyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Oxşar yazılar