İTV-dən ödənişli təşviqat vaxtı ilə bağlı AÇIQLAMA
24 sentyabr 2013 13:08 (UTC +04:00)

İTV-dən ödənişli təşviqat vaxtı ilə bağlı AÇIQLAMA

İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti prezidentliyə namizədlərin ödənişli təşviqat vaxtı ilə bağlı açıqlama yayıb. İTV-dən Lent.az-a verilən məlumata görə, oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində qeydə alınmış namizədlərin ödənişli əsaslarla təşviqatı üçün İctimai Televiziya və İctimai Radioda ayrılmış efir vaxtı və şərtlər ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddətdə İctimai Televiziya və Radio Yayımları Şirkəti MSK-ya məktub göndərib və ictimaiyyətə məlumat verib. Seçki Məcəlləsinin 81.4-cü maddəsinə görə, seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda saxlanan əlavə efir vaxtı ilə əlaqədar Məcəllənin 80.4-cü maddəsində göstərildiyi kimi, ödənişli təşviqatdan istifadə hüququ olan subyektlər Şirkətə seçkiqabağı təşviqatın başlanmasından sonra bir həftə müddətində müraciət etməli və püşkatma keçirilməli idi.

 

Sentyabrın 23-də həmin müddət bitsə də, heç bir təşviqat subyekti tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəsmi müraciət daxil olmayıb. Şirkət ödənişli təşviqat üçün ehtiyatda saxlanılan vaxtla bağlı hüququ olan subyektlərin müraciət etməməsini nəzərə alaraq həmin vaxtın yeni tərəfdaşlara satılması barədə müqavilə öhdəliyi götürüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396
avatar

Oxşar yazılar