İtaliyalı deputatlar: “Seçkilərə axın böyük idi”
10 oktyabr 2013 15:30 (UTC +04:00)

İtaliyalı deputatlar: “Seçkilərə axın böyük idi”

Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə etmiş İtaliya Senatının üzvlərindən ibarət müşahidəçilər qrupu mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, qrupun rəhbəri Sergio Divina bildirib ki, onlar Bakı və Sumqayıtda 8 seçki məntəqəsində olublar: «Müşahidələr zamanı gördük ki, seçkilərə əhali axını böyükdür. İnsanlar demokratik ölkə qurmaq istəyindədirlər. Təəccübümüzə səbəb olan digər fakt isə həm məntəqə komissiyalarının işçiləri, həm də müşahidəçilər arasında qadınların çox olmasıdır. Bəzi məntəqələrdə seçicilərin sayına görə kiçik olmasına baxmayaraq, işlər sürətlə və nizamlı şəkildə həyata keçirilirdi».

 

İtaliyalı senator seçki məntəqələrində yaradılmış şəraiti məqbul hesab etdiklərini vurğulayıb. S.Divina və nümayəndə heyətində təmsil olunan digər senatorlar seçkilərin azad və şəffaf keçirildiyini bəyan ediblər.

 

Müşahidə prosesi çərçivəsində seçicilərlə və müşahidəçilərlə görüşüb söhbət apardıqlarını deyən italiyalı müşahidəçilər seçkilərin şəffaf və normal keçdiyini söyləyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Oxşar yazılar