Didye Burkhalter ATƏT-ə sədrlik edəcək ölkəsinin prioritetlərindən danışıb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində isveçrəli həmkarı Didye Burkhalter ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlər müzakirə edilib.
Didye Burkhalter TAP layihəsinin seçilməsi münasibəti ilə Elmar Məmmədyarova təbrikini çatdırıb və layihənin Avropa ölkələrinin enerji təminatına önəmli töhfə verəcəyini qeyd edib. Elmar Məmmədyarov isə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verib. Onun sözlərinə görə, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılması zəruridir.
Görüşdə Didye Burkhalter 2014-cü ildə ATƏT-ə sədrlik edəcək ölkəsinin prioritetləri barədə də məlumat verib.