Sentyabrın 7-də Futbol üzrə İsraillə Azərbaycan milliləri arasında keçirilən oyun zamanı yerli komandanın tərəfdarları Dağlıq Qarabağdakı erməni icmasının qondarma bayrağını asıb.
Lent.az-ın «azerisport»-a istinadən məlumatına görə, oyunun sonunadək o,stadionda asılı vəziyyətdə qalıb.
Xatırladaq ki, Polşanın “Piast” klubunun tərəfdarları da “Qarabağ”la Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə oxşar hərəkət etmişdilər. Onların yolverilməz davranışları cəzasız qalmayıb. UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələyib.