İsrailin 6 silah şirkəti Azərbaycanda sərgiyə qatılacaq
28 dekabr 2013 13:25 (UTC +04:00)

İsrailin 6 silah şirkəti Azərbaycanda sərgiyə qatılacaq

İsrail silah sənayesinin aparıcı 6 şirkəti Azərbaycanda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisinə qatılacaq.


 

Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

 

Gələn ilin sentyabrında Bakıda keçiriləcək ADEX-2014 müdafiə sərgisində İsrail hərbi sənayesini “Aeronautics Defence Systems”, “Elbit Systems”, Israel Military Industries (IMI), Israel Aerospace Industries (IAI), Israel Weapon Industries (IWI) və “Rafael” şirkətləri təmsil edəcək.

 

Qeyd edək ki, hazırda Azərbaycan “Aeronautics Defence Systems” şirkəti ilə birlikdə Bakıda pilotsuz uçuş aparatlarının birgə istehsalını həyata keçirir. İsrailin və dünyanın ən böyük hərbi şirkətləri arasında yer alan “Elbit Systems”in Azərbaycanda törəmə şirkəti mövcuddur. Azərbaycanın hərbi qurumları adları çəkilən digər şirkətlərlə yaxından əməkdaşlıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Oxşar yazılar