İsrail parlamenti “erməni soyqrımı”nı tanımağa qərar verdi
24 aprel 2013 16:07 (UTC +04:00)

İsrail parlamenti “erməni soyqrımı”nı tanımağa qərar verdi

0

İsrail parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməyə hazırlaşır.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, aprelin 23-də İsrail Knesseti millət vəkili Zehava Gal-Onun təşəbbüsü ilə “erməni soyqırımı” məsələsini müzakirə edib.

Zehava Gal-On İsrail və Türkiyə arasında münasibətlərin yaxşılaşması səylərinə baxmayaraq, Knessetin “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməsinin vacib olduğunu söyləyib. Knessetin sabiq sədri Reuven Rivilin də İsrail və Türkiyə arasındakı strateji əlaqələrin parlamentin “erməni soyqırımı”nı tanımasına əngəl olmadığını bildirib. Parlamentin iclasında “erməni soyqırımı” ilə bağlı bir qanun layihəsi hazırlanmalı barədə təklif qəbul edilib. Qanun layihəsinin hazırlanması Knessetin bir komitəsinə həvalə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3774

Oxşar yazılar