İsmət Yılmaz: ”Hərbi sahədə də münasibətlər daim inkişafdadır”
02 sentyabr 2013 10:26 (UTC +04:00)

İsmət Yılmaz: ”Hərbi sahədə də münasibətlər daim inkişafdadır”

“Azərbaycanla əməkdaşlığımızda bizi məmnun etməyəcək heç nə yoxdur”.


 

Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.

 

“Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan kimi iki ölkə arasında hərbi əməkdaşlığın başlaması üçün ilk addımlar atılıb. Əməkdaşlığın hazırkı mərhələsindən razısınızmı”, - sualına İ. Yılmaz belə cavab verib: “İki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də münasibətlər daim yüksələn xətlə inkişaf edir. Biz azərbaycanlı həmkarlarımızla hər dəfə bir araya gələndə əməkdaşlığı daha da inkişaf etdirmək üçün növbəti addımlar atırıq. Hərbi sahədəki əməkdaşlığımızın indiki mərhələsində bizi məmnun etməyəcək heç bir nöqtə yoxdur”.

 

“Bir müddət əvvəl Turan ordusu qurulacağına dair Azərbaycanda iddia ortaya atıldı. Bu iddianın əsası varmı?” - sualını cavablandıran nazir bunun tamamilə əsassız olduğunu söyləyərək Türkiyənin belə bir planı olmadığı vurğulayıb: “Biz həm qardaş Azərbaycan, həm də digər türk dövlətləri ilə hərbi sahədəki əməkdaşlığımızı qarşılıqlı mənafelərimiz əsasında dərinləşdiririk və yolumuza bu şəkildə davam edəcəyik. Turan ordusunun qurulacağına dair heç bir plandan söhbət gedə bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar