“Erməni iddiasının qəbulundan söhbət gedə bilməz"
29 aprel 2013 21:17 (UTC +04:00)

“Erməni iddiasının qəbulundan söhbət gedə bilməz"

0

Ermənistan tərəfindən siyasi müstəviyə çıxarılan bu iddianın qəbul edilməsindən söhbət də gedə bilməz. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Barış və Demokratik Partiyasının parlamentə “erməni soyqırımı”na görə Ankaranın üzr istəməsi ilə bağlı təşəbbüsünün irəli sürülməsini şərh edərək Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun deyib.

 

O bildirib ki, Ermənistan tərəfindən ortaya atılan soyqırımı iddiası ancaq tarixçilər tərəfindən sərbəst bir diskussiya formasında müzakirə olunmalıdır: “Siz də bilirsiniz ki, onlar xarici diasporları vasitəsi ilə dünya birliyinə təzyiq etməyə üstün tuturlar. Türkiyə son dərəcə açıq və demokratik bir cəmiyyətdir. BDP-nin bu təşəbbüsünün məhz bu baxımdan müzakirə olunmasını tövsiyə edərdim. Biz bütün türk dünyasına belə bir ləkə vurulmasına icazə verməyəcəyik. Amma eyni zamanda bu məsələnin müzakirə oluna biləcəyini də deyirik. Anadoluda o dövrdə yaşanılan hadisələrin ətraflı müzakirəsinə hazırıq. Bu müzakirə ancaq tarixçilər tərəfindən aparıla bilər”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 836

Oxşar yazılar