İşğalda olan Qubadlıda Suriya ermənilərinə mənzillər paylanır
12 may 2014 11:46 (UTC +04:00)

İşğalda olan Qubadlıda Suriya ermənilərinə mənzillər paylanır

Qubadlı rayonunun Xanlıq kəndində Suriyadan gəlmiş erməni ailələrinə mənzil paylanır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bu barədə Ermənistanın “Tufenkyan” fondunun baş direktoru Andranik Qasparyan məlumat verib. Lenta.ru saytına danışan A.Qasparyanın sözlərinə görə, bu il Qubadlı rayonunun Xanlıq kəndində istifadəyə verilmiş 12 yaşayış mənzilli binanın orderləri və simvolik açarları yaxın günlərdə suriyalı qaçqınlara təqdim edilib. Suriyalı qaçqınların işlə təmin olunduğu deyilir.

A.Qasparyan Ermənistan hökumətinin Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının inzibati yaşayış məntəqələrinə suriyalı qaçqınların yerləşdirilməsində maraqlı olduğunu və bu məqsədlə “Tufenkyan” fondunun hesabına hər il xeyli miqdarda pul köçürüldüyünü da sözlərinə əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470
avatar

Oxşar yazılar