İsa Qəmbərin müşavirinə 15 sutka həbs
29 may 2013 13:17 (UTC +04:00)

İsa Qəmbərin müşavirinə 15 sutka həbs

Abşeron rayon Məhkəməsində Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli ilə bağlı məhkəmə prosesi keçirilib.


 

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, M. Hacıbəyli 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Mustafa Hacıbəyli mayın 28-də Novxanıda keçirilən mitinq zamanı saxlanılıb. Onun İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsini (xırda xuliqanlıq) pozduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004
avatar

Oxşar yazılar