“Ölkədəki ictimai-siyasi vəziyyətlə və “nidaçılar”ın həbsdə saxlanılması ilə bağlı mitinq təşkil edilməlidir”.
APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının Başqanı İsa Qəmbər Müsavat Partiyasında keçirilən ölkədəki ictimai-siyasi vəziyyətin və Rusiyanın son aylar apardığı siyasətin müzakirəsinə həsr olunmuş toplantıda deyib.
O, müxalifətin mitinqə yer ayırması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməsi təklifini səsləndirib: “Əgər “Məhsul” stadionunda yer ayrılsa, mitinqi rahat keçirə bilərik. Çalışaq, mitinqi bu həftənin sonunda təşkil edək”.