Sabah Prezident Kitabxanasının Konfrans zalında İrəvan şəhərinin tarixinə həsr edilmiş www.iravan.info web saytının (Azərbaycan və rus dillərində) təqdimat mərasimi olacaq.
Lent.az-ın verdiyi məlumata görə, İrəvanın tarixinə qədimdən günümüzə qədər işıq salan “İrəvan şəhəri” elektron resursu əsasında hazırlanmış web sayt şəhərin aborigen əhalisinin kimlərdən ibarət olduğunu, ermənilərin həmin əraziyə nə vaxt və haradan gəldiklərini, şəhərin azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qoyulduğunu, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini mənbələr, salnaməçilərin verdikləri məlumatlar, arxiv sənədləri və ayrı-ayrı tədqiqat materialları əsasında üzə çıxarır.