İranın ən böyük bayrağı yandırıldı - GÖRÜNTÜLƏR
27 oktyabr 2013 23:03 (UTC +04:00)

İranın ən böyük bayrağı yandırıldı - GÖRÜNTÜLƏR

Urmiyə gölünün quruyan hissəsində başlayan duz fırtınası İranda ciddi ekoloji problemlərə səbəb olub. Fırtına nəticəsində Təbriz və Urmiyə şəhərləri başda olmaqla bir çox yaşayış məntəqələri zəhərli duza qərq olub.

 

Ekoloji fəlakət bu bölgələrdə yaşayan insanlar arasında ciddi narazılığa səbəb olub, Urmiyə gölünün quruması probleminin həlli məsələsinin yenidən gündəmə gətirib. Tələblərə rəğmən İran hakimiyyətinin lazımi addımlar atmaması narazılıqları daha da artırıb. Urmiya gölünün xilası üçün müxtəlif aksiyalar keçirən soydaşlarımız prezident Həsən Ruhani qarşısında seçkilərdən öncə türklərə vəd etdiyi ana dilində təhsil, ölkədə fars dilindən başqa mövcud olan digər dillərə sərbəst status verilməsi tələblərini irəli sürüblər. Bu günlərdə isə daha bir aksiya keçirilib.

 

Təbrizdə ölkənin ən böyük bayraqlarından biri olan və təxminən 100 kvadrat metr böyüklüyündə bayraq naməlum şəxslər tərəfindən yandırılıb. Artıq bayrağın yandırılması görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Bayrağı kimin yandırdığı bilinməsə də, bu addımın ölkədə duz fırtınasına qarşı heç bir tədbir görməyən hökumətə etiraz xarakteri daşıdığı bildirilir. Bundan başqa önümüzdəki günlərdə “Traxtur” komandasının oyunu zamanı stadionda geniş aksiyanın keçirilməsi də nəzərdə tutulur.

 

 

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2911
avatar

Oxşar yazılar