İran Azərbaycan vətəndaşlarını hələ də buraxmayıb
28 may 2013 17:08 (UTC +04:00)

İran Azərbaycan vətəndaşlarını hələ də buraxmayıb

Təbrizdə saxlanmış Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib. Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.


 

“Təəssüf ki, vətəndaşlarımız hələ də Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyiblər. Baş Konsulluğumuz vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir”.

 

E. Abdullayev həmçinin onu da qeyd edib ki, ölkəmizin Təbrizdəki Baş Konsulluğunun Azərbaycan vətəndaşları ilə görüşmək üçün etdiyi müraciəti hələ də cavabsız qalıb.

 

Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb. Bu həftə isə İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad ediləcəyini açıqlayıb.

 

***

 

15:31

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyindəki mənbə açıqlama verib.

 

Mənbənin bildirdiyinə görə, hazırda Azərbaycan vətəndaşlarının ölkələrinə qaytarılması üçün prosedura işlərinin başlanıldığı və ən qısa zamanda onların ölkələrinə təhvil veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477
avatar

Oxşar yazılar