İordaniya Krallığı Senatının prezidenti və İordaniya Krallığının sabiq baş naziri Taher Masrinin rəhbərliyi ilə nümayəndə heyəti Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İordaniya Krallığından Əlahəzrət Kraliça Nur, Əlahəzrət Şahzadə Basma bin Talalda forumda əsas çıxışçılar qismində iştirak edəcəklər.
Cənubi Qafqaz Forumunun işində Niderlandların keçmiş baş naziri Villem “Vim” Kok da iştirak edəcək. 1994-2002 –ci illərdə ölkəsində baş nazir postunu tutmuş “Vim” Kok bu məqsədlə mayın 6-8-də Azərbaycanda səfərdə olacaq.