Prezident seçilməsi münasibəti ilə İlham Əliyevə təbriklər gəlməkdədir.Lent.az-ın məlumatına görə, ABŞ-ın Nyu- Meksiko ştatından Konqres üzvü Mişel Lujan Qrişam, ABŞ senatoru Rocer Viker, Konqres üzvü Leonard Lans,Konqres üzvü Gin Qrin dövlət başçısına ayrı-ayrılıqda təbrik məktubu göndərib.
Onlar prezidentə uğurlar arzulayıb, Azərbaycanın ABŞ-la təhlükəsizlik və iqtisadi sahələrdə uzunmüddətli tərəfdaşlığını çox yüksək qiymətləndirib, gələcək vəzifə müddətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.