Prezident İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya ölkəsinin milli bayramı – İnqilab günü münasibətilə təbrik edib.
“İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığının inkişafı yolunda addımlarımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram”, deyə təbrik məktubunda bildirilir.