İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib
28 oktyabr 2013 18:29 (UTC +04:00)

İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib

0

Dövlət başçısı İlham Əliyev oktyabrın 28-də Avropa Olimpiya Komitəsinin (EOK) prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu qəbul edib.


Lent.az-ın məlumatına gör, Avropa Olimpiya Komitəsinin prezidenti P. Hikki yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib. O, ölkədə sürətli iqtisadi inkişaf proseslərinin, idman infrastrukturunun daha da genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduğunu qeyd edib.


Görüşdə Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi vurğulanıb, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 800

Oxşar yazılar