İlham Əliyev: Respublikamızda yeni 10 illik inkişaf dövrü başlayır
11 may 2014 13:51 (UTC +04:00)

İlham Əliyev: Respublikamızda yeni 10 illik inkişaf dövrü başlayır

“Bu gün yeni dövr başlayır - yeni onillik dövr. Bu dövrdə biz əvvəlki illərdə əldə edilmiş möhkəm təməl üzərində möhkəm Azərbaycan dövlətini gücləndirəcəyik”. Bunu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.   

 

Dövlət başçısının sözlərinə görə, son on il ərzində Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb: “Biz beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi özümüzü təsdiq etdik. Beynəlxalq ictimaiyyət bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti öz səsini Azərbaycana verib. BMT Təhlükəsizlik Şurasına seçildikdə 155 ölkə bizə inandı, bizi dəstəklədi. Əminəm ki, öz seçimində haqlı olduğunu gözəl anlayır və bizim namizədliyimizə öz səsini verdiyinə görə peşman olmadı”. Prezident İlham Əliyev hazırda da Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini, respublikamızda yeni 10 illik inkişaf dövrünün başlandığını bildirib. Ötən illərdə Azərbaycanın beynəlxalq nüfuzunun durmadan möhkəmləndiyini qeyd edən dövlət başçısı 2023-cü ilə qədər nəzərdə tutulan bütün tədbirlərin də uğurla reallaşdırılacağına, Azərbaycanın indikindən də qat-qat güclü olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev müstəqil siyasət yürüdən Azərbaycanın bundan sonra da Heydər Əliyevin strateji xəttinə sadiq qalacağını, Ümummilli Liderin ideyalarını rəhbər tutan xalqımızın dövlətimizi daim irəli aparacağını vurğulayıb.

 

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bütün əməkdaşları adından Fondun fəaliyyətinə verdiyi yüksək qiymətə görə, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. “Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adını daşımağa layiq olmağa çalışıb”, - deyən Mehriban Əliyeva bildirib ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxəsrlik köklərə malik xeyriyyəçilik ənənəsini bərpa etməyə çalışdığını vurğulayıb.

 Sonra 2009-cu ildə Fond tərəfindən təsis edilən “Qızıl Çinar” mükafatının 2014-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar