İlham Əliyev: "Mənim də nikahım orada qeydiyyata alınıb"
18 noyabr 2014 11:08 (UTC +04:00)

İlham Əliyev: "Mənim də nikahım orada qeydiyyata alınıb"

“Sovet dövründə, təbii ki, hər şey milliləşdirilib. Orada müxtəlif kontorlar fəaliyyət göstərib. Sonra ora nikah evi kimi fəaliyyət göstərərək “Səadət” sarayına çevrildi. Mənim də nikahım orada qeydiyyata alınıb”. Lent.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edərkən bildirib.

 

Dövlət başçısının sözlərinə görə, sonralar bu ev pis vəziyyətə düşüb. “Biz bir neçə il ərzində oranı bərpa etdik. Çünki binanın tarixi hissəsini qoruyub saxlamaq və yeniləşdirmək lazım idi. İndi bura, həm də nikahların qeydə alındığı saray kimi fəaliyyət göstərir. Burada rəsmi nikah mərasimləri, həmçinin müxtəlif dövlət tədbirləri keçirilir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Oxşar yazılar