İlham Əliyev: “Azərbaycanla diktat dildə danışmaq mümkün deyil”
07 oktyabr 2013 19:51 (UTC +04:00)

İlham Əliyev: “Azərbaycanla diktat dildə danışmaq mümkün deyil”

 

“Azərbaycanın bütün xarici tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı maraqlar üzərində qurulub. Hesab edirəm ki, müstəqillik dövründə bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də nümunə ola bilər. Biz öz milli maraqlarımızı necə lazımdır müdafiə edirik”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.

 

 

Prezident bəyan edib ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır: “Bizim xarici siyasətlə bağlı yanaşmamız əməkdaşlıq üzərində qurulubdur. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işimizə qarışmaq istəyir əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna da imkan vermirik. Son on ilin təcrübəsi göstərir ki, belə səylər əbəsdir. Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələlərin həllində təsir etmək olar, hesab edirəm ki, indi ölkələrin, xarici, beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyildir. Adekvat reaksiya olacaq və ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcək. Hər bir ölkə ilə münasibətləri biz bax bu əsaslar üzərində qururuq. Hesab edirəm ki, bu sahədə də qeyd etdiyim kimi, bizim təcrübəmiz bəzi ölkələr üçün çox maraqlı ola bilər”.

 

 

Prezident vurğulayıb ki, Azərbaycanın dünyada dostlarının sayı artır və ölkəmiz dünyada çox etibarlı tərəfdaş kimi tanınır: “Keçən rübdə yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin səfərləri bir daha Azərbaycanın xarici siyasətlə bağlı uğurlu addımlarının təzahürüdür. Keçən rübdə İtaliyanın Baş nazirinin Azərbaycana uğurlu səfəri olmuşdur. İtaliya Avropanın, dünyanın aparıcı ölkələrindən biridir. Bizi çox gözəl münasibətlər bağlayır. Tarixdə ilk dəfə İtaliyanın Baş naziri Azərbaycana səfər etmişdir. Səfərin nəticələri çox müsbət olmuşdur. Ondan bir neçə gün sonra Rusiyanın Prezidenti Azərbaycana səfər etmişdir. O səfər də çox uğurlu idi. Bu səfərin də Rusiya-Azərbaycan strateji əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyəti var idi. Bütün məsələlərlə bağlı əldə edilmiş razılaşmalar gələcəkdə də Rusiya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsini təmin edəcək. Əminəm ki, həm siyasi, həm iqtisadi sahədə bundan sonra da gözəl nəticələr olacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2572
avatar

Oxşar yazılar