İki gənclər təşkilatının rəhbəri dalaşdı
05 noyabr 2013 23:40 (UTC +04:00)

İki gənclər təşkilatının rəhbəri dalaşdı

0

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, editor.az saytının baş redaktoru Fərid Şahbazlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) sədrinin müşaviri Cəmil Hüseynovdan hüquq-mühafizə orqanlarına şikayət edəcək.

 

F. Şahbazlının sözlərinə görə, ATGTİ sədrinin müşaviri “facebook” sosial şəbəkəsində yazdığı statusunda onu təhqir edib: “Noyabrın 4-də mən “facebook”da universitetlərdəki tələbə etirazları ilə bağlı fikirlərimi bildirərək qeyd etmişəm ki, bu etirazların baş tutmasında əsas səbəbkarlardan biri də universitetlərin Tələbə Gənclər Təşkilatlarıdır. Bildirmişəm ki, nə qədər bu qurumlar təqvim günlərini qeyd etməkdən başqa heç nəyə yaramayacaqlar, tələbələrin bu quruma sədrin necə seçilməsindən xəbərləri olmayacaq, o zamana kimi də tələbələr sözlərini həyətə çıxıb qışqıraraq deyəcəklər. Bizə tələbələrin məsələlərini ciddi şəkildə qaldıra biləcək Tələbə Gənclər Təşkilatları lazımdır. Hesab edirəm ki, bu haqlı mövqedir. Cənab Prezidentin həyata keçirdiyi olduqca uğurlu dövlət gənclər siyasətinin mahiyyətində də Azərbaycan gəncliyini intellektual, dünya miqyasında bütün istiqamətlər üzrə rəqabətə tab gətirəcək və müstəqil düşüncəli mobil qüvvə kimi görmək istəyi dayanır”.

 

F.Şahbazlının sözlərinə görə, bu statusdan sonra ATGTİ-nin rəhbərliyində təmsil olunan gənclər tərəfindən onun ünvanına açıq və təhqiramiz hücumlar başlayıb: “Son olaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müşaviri Cəmil Hüseynov özünün yazdığı statusda mənim ünvanıma açıq və ağır təhqirlər söyləyib”.

 

F. Şahbazlı bildirib ki, onun yazdığı statusda ATGTİ, nə də onun rəhbərlərindən kiminsə adı keçməyib, bu hücumları da anlamır: “ Məni tanıyanlar bilir ki, bu tipli fikirlərimin kökündə ümumi işə fayda vermək istəyi dayanır. Açığı, kiçik bir tənqidə görə özünü müasir və nümunəvi gəncliyin təmsilçisi hesab edən insanlardan belə təhqiramiz münasibət gözləmirdim”.

 

F. Şahbazlı bildirib ki, o mübarizəni hüquqi müstəvidə aparacaq: “Yaxın günlərdə Cəmil Hüseynovun ünvanıma yağdırdığı təhqirlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Əminəm ki, hüquq-mühafizə orqanları məsələyə obyektiv yanaşıb, müvafiq qərar çıxaracaqlar”.

 

editor.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1880

Oxşar yazılar