İcra başçısı: “Ərazilərimizə yerləşdirilən Suriya ermənilərinə yazığım gəlir”
18 may 2013 13:21 (UTC +04:00)

İcra başçısı: “Ərazilərimizə yerləşdirilən Suriya ermənilərinə yazığım gəlir”

“Əgər Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı təqdim olunan 6 əsas prinsipin arxasında bizə bəzi şərtlər diktə olunursa, o zaman bu prinsipləri nəzərdən keçirməyə dəyməz".


 

APA-nın məlumatına görə, Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı İtaliyanın Akvilla şəhərində təqdim olunan 6 prinsipi imzalamağa hazır olduğu barədə açıqlamasını belə şərh edib.

 

Onun sözlərinə görə, bu məsələlərə sadə yanaşmaq lazımdır: “Biz Dağlıq Qarabağda olan erməni vətəndaşlarımıza dövlət olaraq bizə aid hüquqları verməyə hazırıq. Əgər ermənilər vaxtında razılaşsalar, bu, onların xeyrinə olacaq, vaxtında razılaşmasalar, Dağlıq Qarabağda lazımı tədbirlər görəcəyik. Eyni zamanda da Ermənistana da qarşı lazımı tədbirlər görüləcək”.

 

APA-nın Suriya ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilməsi ilə bağlı sualına cavab verən Laçın RİH başçısı deyib ki, onun həmin ermənilərə yazığı gəlir: “Ölkəmiz bütün vasitələrə əl ataraq, Ermənistan tərəfindən işğal edilən Azərbaycanın əbədi və əzəli Dağlıq Qarabağ torpaqlarını geri qaytaracaq. Lakin biz istəməzdik ki, uzun müddət müsəlmanlarla birlikdə yaşayan, müsəlman dininə və humanistliyinə bələd olan Suriya erməniləri, bizim top və tüfənglərdən açılan güllələrdən ölsün”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549
avatar

Oxşar yazılar