Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Cəmil Həsənli və Eldar Namazovla birgə London səfərinə qatılmaqdan imtina edib.
İbrahimbəyov AzNews.az-a açıqlamasında bildirib ki, Londona səfər etməkdən daha vacib işləri var: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim. Getməyəcəyəm”.
Qeyd edək ki, MŞ rəsmiləri də London səfəri barədə verdikləri açıqlamalarda bildirirdilər ki, R.İbrahimbəyov sentyabrın 12-də Moskvadan birbaşa Londona gedəcək və C.Həsənliylə oradakı görüşlərdə iştirak edəcək.