Hüseyn Abdullayev Almaniyadan deportasiya edilə bilər
07 noyabr 2013 12:33 (UTC +04:00)

Hüseyn Abdullayev Almaniyadan deportasiya edilə bilər

Hazırda Almaniyada yaşayan keçmiş deputat Hüseyn Abdullayevin immiqrant statusu almaq üçün etdiyi müraciətə rədd cavabı verilib. AzNews.az-ın H.Abdullayevin yaxınlarından əldə etdiyi məlumata görə, Almaniya hökuməti ona immiqrant statusu verməkdən imtina edib.

 

İmtinanın səbəbləri açıqlanmasa da, qərar sual doğurur. Belə ki, Almaniya qanunvericiliyinə əsasən bu ölkədə 500 min avro və ya daha çox sərmayə qoyan şəxslərə immiqrant statusu verilir. H.Abdullyevin Almaniyada bu qədər sərmayə yatırmağa imkanı olsa da, müraciətinin rədd edilməsi xeyli təəccüblüdür.

İndiki halda Hüseyn Abdullayevi ölkədən deportasiya edilərək, Azərbaycana təhvil verilmək təhlükəsi gözləyir. Bu vəziyyətlə üzləşməmək üçün onun Almaniyada qaçqın statusu almaq üçün müraciət edəcəyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2296
avatar

Oxşar yazılar