Humanitar Forumda 13 Nobel mükafatçısı iştirak edir
31 oktyabr 2013 17:00 (UTC +04:00)

Humanitar Forumda 13 Nobel mükafatçısı iştirak edir

Bakıda keçirilən III Beynəlxalq Humanitar Forum çərçivəsində bu gün 13 Nobel mükafatı laureatı çıxış edib.


 

APA-nın xəbərinə görə, fizika üzrə Nobel mükafatçısı Klaus fon Klitsinq bildirib ki, aparıcı siyasətçilər, ictimai xadimlər və elm adamları bütün insanlığın gələcəyi üçün məsuliyyət daşıyır. O qeyd edib ki, yer altından çıxarılan enerji daşıyıcıları ən ucuz mənbə olsa da, son bir neçə yüz ildə bəşəriyyət planetdə milyonlarla il ərzində formalaşan ehtiyatları sərf edib.

 

Kimya üzrə Nobel laureatı Rudolf Artur Markus alternativ enerji mənbələri məsələsinə toxunaraq günəş enerjisini başqa enerji növünə çevirməyin yollarından danışıb. 

 

İqtisadiyyat üzrə Nobel almış Emerson Lukas dünya ehtiyatlarının yenidən bölüşdürülməsi tendensiyalarından bəhs edib.

 

Müzakirələrdə 2013-cü il üzrə Nobel mükafatçıları Arye Varşel (kimya) və Ceyms Rotman (fiziologiya, tibb) da iştirak ediblər.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar