Hidayət Orucov Jantoro Satılbaldiyevlə görüşdü
26 aprel 2013 18:33 (UTC +04:00)

Hidayət Orucov Jantoro Satılbaldiyevlə görüşdü

0

Bişkek –Bakı – İstanbul , İstanbul – Bakı – Bişkek aviareysinin açılması planlaşdırılır

 

 

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri  Hidayət Orucov baş nazir Jantoro Satıbaldiyev ilə görüş keçirib.

 

Səfirlikdən Lent.az-a verilən məlumata görə, Jantoro Satıbaldiyev Hidayət Orucovu səfir təyinatı ilə bağlı təbrik edib, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

 

Jantoro Satıbaldiyev Azərbaycanın  prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini vurğulayıb. Hidayət Orucov isə Azərbaycanla Qırğız arasında iqtisadi əlaqələrinin mövcud imkanlardan aşağı olduğunu, ticarət dövriyyəsinin 2012-ci il ərzində cəmi 13 mln dolları təşkil etdiyini qeyd edib. O, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün hər cür şəraitin olduğu söyləyib.

 

Daha sonra ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə edilib. Görüşdə bu ilin yayında Bakıda biznes forumun, payızda Hökümətlərarası Komissiyanın növbəti iclasının  keçirilməsi, Bişkek –Bakı – İstanbul , İstanbul – Bakı – Bişkek aviareysinin açılması məsələlərinə baxılması, azərbaycanlı iş adamlarının Qırğız Respublikasına dəvət edilməsi, 2014-cü ildə Azərbaycanın Qırğız Respublikasında və Qırğız Respublikasının Azərbaycanda mədəniyyət günlərinin baş tutması, Çingiz Aytımatovun anadan olmasının 85 illiyi yubileyinin dövlət səviyyəsində qeyd edilməsi məsələləri müzakirə olunub. Jantoro Satıbaldiyev ölkəsində xeyli miqdarda qızıl yataqlarının olduğunu və Azərbaycanın burda zərqərlik müəssəsisin acmaq imkanı olduğunu Hidayət Orucovun diqqətinə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 729

Oxşar yazılar