Heydər Əliyevlə bağlı beynəlxalq müsabiqə yekunlaşdı
24 aprel 2013 13:31 (UTC +04:00)

Heydər Əliyevlə bağlı beynəlxalq müsabiqə yekunlaşdı

0

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi beynəlxalq yazı müsabiqəsi yekunlaşıb.

 

Şuradan Lent.az-a verilən məlumata görə, 15 fevral 2013-cü ildə elan edilmiş və Azərbaycan Respublikasının Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyadakı səfirlikləri vasitəsilə bu ölkələrin ictimaiyyətinə çatdırılmış müsabiqə xəbəri böyük maraq doğurub. Müsabiqə Heydər Əliyevin şəxsiyyəti, beynəlxalq ictimai-siyasi fəaliyyəti, Azərbaycanın həmin ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrində onun rolu mövzularını əhatə edib.

 

Hazırda müsabiqəyə daxil olmuş məqalələr Müsabiqə Komissiyası tərəfindən qiymətləndirmə mərhələsindədir. 

 

Qaliblərin mükafatlandırılması mərasimi 07 may 2013-cü ildə Bakıda “Hilton” hotelinin “Sevda” zalında  keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar