Heydər Əliyev Sarayının qarşısındakı yol bağlandı
21 aprel 2013 11:37 (UTC +04:00)

Heydər Əliyev Sarayının qarşısındakı yol bağlandı

0

 

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı keçiriləcək Gül bayramına hazırlıq məqsədilə paytaxtın mərkəzi yolunda avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Əsədov bildirib ki,Gül bayramına hazırlıq məqsədilə Heydər Əliyev Sarayının qarşısındakı yol -Bülbül küçəsi ilə Füzuli küçəsinin kəsişməsi qeyri-müəyyən vaxtadək bağlanıb.

Bakı yol polisi sürücülərə alternativ yollardan istifadə etməyi xahiş edir.

Qeyd edək ki, hər il 10may - Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı Gül bayramı qeyd edilir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1782

Oxşar yazılar