Həsən Kərimov Türkiyəyə aparılır
26 sentyabr 2013 13:39 (UTC +04:00)

Həsən Kərimov Türkiyəyə aparılır

0

Bir neçə gün öncə şiddətli ürək ağrılarına görə xəstəxanaya yerləşdirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Həsən Kərimov Türkiyəyə aparılır. Lent.az-ın hafta.az-a istinadən məlumatına görə, Məclis sədri müalicəsini Bakıdan kənarda davam etdirəcəyini bildirib: “Hal-hazırda babatam... həkimlər deyir ki, burada daha 9-10 gün qalmalıyam. Amma müalicə Türkiyədə davam edəcək. Təbii ki, oranın səhiyyəsinin daha etibarlı olduğunu düşünürəm”.


Həsən Kərimov müalicənin dostlarının köməyi ilə baş tutacağını da bildirib: “Müalicənin maddi tərəfi də var, düzdür. Yenə sağ olsun dost-tanış, pis vəziyyətdə qoymazlar”.

Xatırladaq ki, Həsən Kərimov bundan öncə də ürəyindəki ağrılarla əlaqədar dəfələrlə xəstəxanaya yerləşdirilmişdi. O, 3 dəfə infarkt keçirib. Hazırda isə Bakıdakı Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müalicə alır. 

O, 1954-cü ildə Qazax rayonunun Köçəsgər kəndində anadan olub. Müxtəlif illərdə AXCP təşkilat şöbəsinin müdiri, partiya sədrinin müavini postlarını tutub, 2009-cu ildə isə AXCP Ali Məclisinin sədri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1200

Oxşar yazılar