Vasitəçilər Azərbaycan prezidenti ilə görüşdükdən sonra İrəvana gedəcəklər
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For, İqor Popov və Yan Kelli Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, vasitəçilər bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, daha sonra Ermənistan prezidenti Serj Sərkisyanla görüşmək üçün İrəvana gedəcəklər.
Həmsədrlər prezidentlərlə xarici işlər nazirlərinin Krakov görüşünün nəticələrini müzakirə edəcək, həmçinin dövlət başçılarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüş keçirməyi təklif edəcəklər.