ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.
Bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlikin nazirlərlə görüşü bu həftə Nyu-Yorkda keçirilən BMT-nin Baş Assembleyasının 68-ci sessiyası çərçivəsində baş tutacaq.
Həmsədrlər Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşəcəklər.
Bu, yeni amerikalı həmsədrin digər həmsədrlərlə birlikdə tərəflərlə ilk görüşü olacaq.