Həmsədrlər noyabrda gələcəklər
18 oktyabr 2013 11:50 (UTC +04:00)

Həmsədrlər noyabrda gələcəklər

Prezidentlərin görüşü noyabrın sonunda baş tuta bilər


 

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti dəfə noyabrın əvvəllərinə səfər edəcəklər.

 

Diplomatik mənbənin APA-ya verdiyi bilgiyə görə, vasitəçilər regiona noyabrın ilk həftəsində gələcəklər.

 

Həmsədrlər səfərlərinə Bakıdan başlayacaq, Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcəklər. Bakıdan sonra onlar İrəvana yollanacaqlar.

 

Mənbənin bildirdiyinə görə, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri davam etdirmək, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir.

 

“Vasitəçilər prezidentlərə görüş təklifi etmək niyyətindədirlər. Lakin hər şey tərəflərdən asılıdır. Tərəflər razılıq verəcəyi təqdirdə, görüş noyabrın sonlarında baş tuta bilər”, - deyə mənbə vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar